Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, təbrikdə deyilir: "İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri və ənənələri bölüşən qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.