Prezidentdən sərt açıqlama: ‘Kim ‘Neftçi’nin uğuruna sevinmirsə, damarında azərbaycanlı qanı axmır’

İDMAN
14:46 07.12.2012
2108

Bu sözləri Azxeber.com-a verdiyi açıqlamada Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib.

O “Neftçi” heyətinə gözaydınlığı verib: “Azərbaycan komandası dünən böyük uğura imza atdı. “Neftçi”nin prezidentindən tutmuş futbolçularına, məşqçilərinə, hətta aşpazlarına, həkimlərinə, sürücülərinə qədər hər bir üzvünə gözaydınlığı verirəm.”

R. Musayev “Neftçi”nin uğurunu kiçildənləri qınayıb: “O mərhələyə gedib çatmaq özü bizim üçün uğurdur. Buna kölgə salmaq istəyənlər özləri gedib o yerə çıxsınlar, sonra danışarlar. Burada söhbət futboldan yox, milli ruhdan gedir. Damarında azərbaycanlı qanı axan hər bir kəs bu uğura sevinməlidir. Kim sevinmirsə, deməli, onun damarında azərbaycanlı qanı axmır”.

Qeyd edək ki, “Neftçi” dünən UEFA Avropa Liqasının qrup mərhələsində son matçını keçirib. Səfərdə İtaliyanın “İnter” klubu ilə qarşılaşan “ağ-qaralar” 2:2 hesablı nəticə əldə edib və qrupu 3 xalla 3-cü pillədə başa vurub.

OXŞAR XƏBƏRLƏR