Prezidentdən teleradio yayımçılarına dəstək - 2 milyon ayrıldı

Prezidentdən teleradio yayımçılarına dəstək - 2 milyon ayrıldı
SOSİAL
18:08 05.02.2019
6898
Prezident İlham Əliyev ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılıb. 
OXŞAR XƏBƏRLƏR