Prezident İlham Əliyev Yaşar Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Y. Əliyevin 60 yaşı tamam olur.