“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik” - Azər Həsrət

“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik” - Azər Həsrət
SİYASƏT
16:41 06.02.2018
1527
"Ümumiyyətlə Azərbaycan Republikasında Konstitusiyaya edilən son dəyişikliklərdən sonra bu məsələyə qiymət vermək lazımdır. Konkret olaraq növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Yəni Azərbaycan qanunvericiliyinə, ən əsası da Konstitusiyaya tam uyğun bir addım atılıb". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
 
Siyasi şərhçinin sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi səlahiyyəti sırf cənab Prezident İlham Əliyevin özünə aid məsələdir: "Bu öz yerində. Digər tərəfdən də seçkinin niyə apreldə keçiriləcəyi və s. məqamlara da Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərhində aydınlıq gətirdi. Əlbəttə ki, biz də ictimai fəallar olaraq, xüsusən də bu siyasi prosesləri yaxından izləyən, təhlil edən şəxslər olaraq öz fikirlərimizi səsləndirə bilərik. Burada söhbət ondan gedir ki, qarşıda Azərbaycanı çox böyük və məsuliyyətli bir mərhələ gözləyir. Həmin mərhələnin tez başa çatdırılması, ümumiyyətlə isə Azərbaycanın ən böyük problemlərinin həll edilməsi çox vacib amildir.
 
O baxımdan vacibdir ki, ölkənin sabitliyinin uzun müddətli olması üçün vaxtında təməllər atılıb. Bu təməllərin daha da möhkəmləndirilməsi və bu sabitliyin daha da davamlı olması üçün işlər görülməlidir. Bu baxımdan mənə elə gəlir ki, cənab Prezident seçkini bir qədər önə çəkdi. Əslinə qalanda bəzi siyasət dəllaları dünəndən iddia edirlər ki, guya ki, müxalifətin imkanları məhdudlaşdırmaq və s. üçün bu önəçəkmə baş verib. Biz o adamlara səslənirik ki, bu seçkilər 6 ay sonra keçirilsə idi nə baş verəcəkdi? Təbii ki, yenə də həmin şey olacaqdı. Bu gün Azərbaycanda Prezidenti İlham Əliyevin qarşısına çıxacaq nə müxalifətdə, nə də iqtidarda heç bir siyasi lider yoxdur. Yəni onunla ayaqlaşacaq, onunla siyasət meydanında üz-üzə gələcək heç kim yoxdur. Belə olan halda Prezident İlham Əliyev üçün seçkinin oktyabrda və yaxud apreldə keçirməsinin heç bir fərqi yoxdur. Ümumilikdə düşünürəm ki, cənab Prezidentin atdığı bu addım yerinə düşür və vaxtında atılmış addımdır.
 
Təbii ki, ictimaiyyət də bunu geniş anlamda dəstəkləyir. Biz hamımız da Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik".
 
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub./// Sia.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”