Koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə də sadə insanlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə vətəndaşlar tərəfindən minnətdarlıq məktubları gəlməkdə davam edir.
AZXEBER.COM məktublardan bir neçəsini təqdim edir:
Hörmətli cənab Prezident.
Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır.
Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq.
Hörmətlə,
Ağcabədi şəhər 9 saylı tam orta məktəbin fizika müəllimi Azərbaycan Respublikası, Ağcabədi rayonu