Prezidentə qarşı kampaniya: informasiya hücumu yeni mərhələyə keçir

Prezidentə qarşı kampaniya: informasiya hücumu yeni mərhələyə keçir
SOSİAL
10:03 20.02.2026
471
Son günlər Azərbaycan Prezidentinə və onun ailəsinə qarşı aparılan saysız-hesabsız təhdid, şantaj, təhqir, söyüş və əsassız ittihamlar təkcə bir ailəyə yönəlmiş hücum deyil. Bu, birbaşa Azərbaycan dövlətinə və onun qalib xalqına qarşı yönəlmiş informasiya müharibəsidir.

Təsadüfi deyil ki, bu hücumlarda süni intellektin verdiyi imkanlardan maksimum şəkildə istifadə edilir. Ən son texnologiyalar ən çirkin əməllər üçün alətə çevrilir. Artıq hər kəsə məlumdur ki, bu, sistemli, planlı və vahid mərkəzdən idarə olunan informasiya təxribatı və hücumlarıdır.

Bir neçə gün öncə Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadan layiqli cavablarını alaraq susdurulan şəxslər və onların əlaltıları artıq daha da irəli gedərək Prezidentin ABŞ-da qaldığı otelə daxil olmağa cəhd ediblər.

 Əslində, bu təxribat da təəccüblü olmamalıdır. Çünki xaricdə yaşayan blogerlər bir neçə gündür ki, otel mövzusunu gündəmə gətirmişdilər, hətta otelə hansı yolla daxil olmağın yollarını da göstərirdilər. Demək ki, sifariş bir mərkəzdəndir, dəyişən isə sadəcə olaraq ünsürlərdir.

Prezidentin Mühafizə Xidmətinin çevik və operativ reaksiyası nəticəsində bugünkü təxribatın qarşısı alındı.

Ancaq düşünürəm ki, bu təxribat cəmiyyətimiz üçün də SOS siqnalı olmalıdır. Son günlər Prezidentimiz və ailəsinə qarşı olan bu informasiya terroruna səssiz qalmaq elə həmin şəxslərə dəstək olmaqdır.

Allah dövlətimizi qorusun!

 


Hacıbəy Heydərli,
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
OXŞAR XƏBƏRLƏR