Prezidenti təhqir etməyə icazə verildi

Prezidenti təhqir etməyə icazə verildi
DÜNYA
14:14 26.07.2013
1860

Prezidentə təhqiri cinayət hesab edən qanun, ifadə azadlığına zidd olduğu üçün dəyişdirilib

Fransada prezidenti təhqir etmək və ya ona qarşı kobud ifadələrdən istifadə etmək artıq qadağan deyil. ANS PRESS-in məlumatına görə, Fransada 1881-ci ildən bəri qüvvədə olan və prezidentə təhqiri cinayət hesab edən qanun, ifadə azadlığına zidd olduğu üçün dəyişdirilib. Fransada 132 ildir qüvvədə olan qanunun dəyişməsinə isə, 2008-ci ildə dövrün Fransa prezidenti Nikola Sarkoziyə edilən təhqir səbəb olub. Fransız parlamenti dünən etdiyi dəyişikliklə prezidentə təhqirin cəzalandırılması üçün nazirlər və millət vəkillərində olduğu kimi həqiqətən təhqir olunduğunu məhkəmədə sübut etmək lazımdır. Qeyd edək ki, əvvəllər hər hansı təhqir cinayət kimi qəbul olunur və günahkar 30 avro pul ödəyirdi. Hazırda edilən dəyişiklikdən sonra isə, təhqir sübut edilərsə günahkar 45 avro pul ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR