Misir respublikasının prezidenti Məhəmməd Mursinin bacısı vəfat edib. Bu barədə məlumat Prezident Aparatının rəsmi internet saytında yayılıb. Məlumatda prezident Mursinin bacısının uzun sürən xəstəlikdən sonra vəfat etdiyi, cənazə mərasiminin bu gün keçiriləcəyi bildirilib. Məlumatda həmçinin vəfatla əlaqədar qəzetlərdə nekroloq yazılmaması xahiş olunub.