Gürcüstan prezidenti Mixail Saakaşvilinin atalığı Zurab Kometiani 77 yaşında dünyasını dəyişib.
Dövlət başçısının anası Qiuli Alasaniyanın həyat yoldaşı Beritaşvili adına Fiziologiya İnstitutunda elmi məsləhətçi kimi çalışırdı. O, 100-dən artıq elmi işin müəllifidir. Kometianinin ölüm səbəbi açıqlanmır.(milli.az)