"Prezidentin atdığı addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır"

"Prezidentin atdığı addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır"
SOSİAL
12:44 13.05.2020
1464
 Aslan Mehdiyev

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
 
Sürətlə inkişaf edən və dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Dövlət başçısı dünyada cərəyan edən çox həssas və gərgin proseslərin fonunda Azərbaycan xalqının maraqlarına xidmət edən, balanslı və uzaqgörən siyasət yürütməklə, öz prinsipiallığı və beynəlxalq aləmdəki böyük nüfuzu sayəsində ölkəmizin mənafeyini qorumaqla yanaşı, nüfuzunu yüksəltmiş, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırmşdı.

Xüsusilə, son aylarda dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır. Hazırda inkişaf etmiş ölkələrdə pandemiyadan gündəlik minlərlə insan itkisi qeydə alınsa da, İlham Əliyevin müdrikliyi, hadisələri zamanında düzgün qiymətləndirməyi və atdığı qabaqlayıcı addımlar sayəsində Azərbaycan xalqı bu ümumbəşəri bəladan ən az yoluxma və itkilərlə çıxmaqdadır. Karantin rejiminin tətbiqi, tibb işçilərinin əməkhaqlarının artırılması, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin, habelə ərzaq yardımlarının edilməsi, tələbələrin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, eləcə də, yaşı 65-dən yuxarı olan vətəndaşlara qayğı bir daha göstrədi ki, dövlət başçısının yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Dünyada bir kabusa çevrilən COVID-19 pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn Zirvə görüşü də ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdi.

Dünyanın qorxu və təlaş içində olduğu bir zamanda, dövlət başçısı İlham Əliyevin xalqımıza arxa duraraq, göstərdiyi uzaqgörənlik, yüksək idarəçilik qabiliyyəti və apardığı düzgün kadr islahatları xalqın böyük rəğbətini qazandı. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Öz xalqına daim sahib çıxan, onun sağlamlığını, rifahını hər şeydən üstün tutan Azərbaycan Prezidentinin bu addımları alqışlamalı və dəstəklənməlidir.

Binəqədi rayon ictimaiyyəti adından görülən bütün tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğuna görə, Azərbaycan Prezibenti İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, ona məsuliyyətli və şərəfli işində uğurlar arzu edirik.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
20:01 23.07.2026
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
19:17 23.07.2026
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
19:06 23.07.2026
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi