Prezidentin çıxışındakı nüans - "Kimlər yerli məmurlara işləməyə icazə vermir?"

Prezidentin çıxışındakı nüans - "Kimlər yerli məmurlara işləməyə icazə vermir?"
SİYASƏT
16:16 12.11.2025
416

"Vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. İndi o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaşdırıb. Ona görə əminəm ki, bundan sonra mərkəzdən sizə qanunsuz tapşırıq verilməyəcək”.

Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra başçılarını qəbul edərkən bildirib.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, yerli strukturlara daha çox müstəqillik verilməlidir:

"Prezidentin yerli özünüidarə ilə bağlı baxışına uyğun olaraq, icra hakimiyyəti orqanları və Prezidentin nümayəndələri vəziyyətə uyğun qərar verməkdə daha sərbəst olmalıdırlar. Çox zaman bu müstəqilliyin tam təmin edilməsinə mane olan nüanslar müşahidə olunur. Burada konkret şəxslərdən deyil, ümumi tendensiyalardan söhbət gedir. Mərkəzi qurumlarda çalışan vəzifəli şəxslər yerli strukturlara daha çox müstəqillik verməlidirlər ki, onlar yaranan vəziyyətlərdə qərar qəbul edərkən ləngiməsinlər”.

Şəhanə Ziyad 

OXŞAR XƏBƏRLƏR