Prezidentin əmisi oğlu partladıldı

DÜNYA
15:47 29.07.2014
1071
Əfqanıstanda növbəti terror aktı törədilib.AZXEBER.COM-un "France Presse"ə istinadən verdiyi məlumata görə, terror hadisəsi Qəndəharda baş verib.Kamikadze hücumu nəticəsində Əfqanıstan prezidenti Həmid Kərzainin əmisi oğlu ölüb."Terrorçu kamikadze qonaq qismində Haşmat Kərzainin evinə gəlib. O, Kərzainin bayramını təbrik etmək adı ilə gəlib. Terrorçu onu qucaqlayanda partlayıcı qurğu işə düşüb", deyə Qəndahar qubernatoru Dava Xan Minapal deyib.
OXŞAR XƏBƏRLƏR