Prezidentin əsgərləri İslam dinini təhqir etdi (VİDEO)

MARAQLI
13:04 25.09.2011
1693

Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar davam etdiyi vaxt hakimiyyət insanları daha da hiddətləndirəcək növbəti addım atıb. Ölkənin müxtəlif bölgələrində çəkilmiş kadrlar və fotolarda Əsəd rejiminin müsəlmanlar üçün mənəvi əhməmiyyət kəsb edən məscidlərə qarşı hörmətsizlik etdiyi ortaya çıxıb.Sosial şəbəkələrdə yayımlanan kadrlarda görünür ki, müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyalarını qanlı şəkildə yatırmağa çalışan Əsəd rejiminin əmrindəki əsgərlər məscidləri özləri üçün müvəqqəti sığınacağa çevirib. Banyas bölgəsində çəkilən fotoşəkildə açıq görünür ki, əsgərlər başqa ölkənin torpağını işğal edərək kimi Əli Ayrut məscidinə girərək oradan nümayişçilərə atəş açır.Müxaliflər isə mənəvi dəyər hesab etdikləri məscidə toxunmamaq üçün əsgərlər qarşısında geri çəkilməli olublar. Suriya müxalifəti bəyanat yayaraq hakimiyyətin bu addımını müqəddəs dəyərlərə hörmətsizlik kimi dəyərləndirib.Bu arada ABŞ Suriyada davam edən zorakılıqları pisləyərək Bəşər Əsəd hökumətini dinc nümayişçilərə qarşı basqılara son qoymağa çağırıb. Dövlət Departamentinin açıqladığı bəyanatda hökumət qüvvələrinin barbarizm adlandırılıb. Rəsmi Vaşiqnton Suriyanı nümayişçilərin demokratiyaya dinc keçid hüququna hörmət etməyə çağırıb.

 AZXEBER. videonu təqdim edir

OXŞAR XƏBƏRLƏR