Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Prezidentin Çin səfəri və imzalanan sənədlərin əhəmiyyəti haqda AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Tahir Mirkişili iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib:
"Azərbaycan və Çin arasındakı münasibətlər 2024-cü ildə Astanada qəbul olunmuş Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədən sonra yeni mərhələyə qədəm qoydu. Bu gün iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrimizin daha da gücləndirilməsi üçün potensialın mövcudluğundan xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də məhz münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini göstərir.
Çinlə əməkdaşlığın güclənməsi təkcə iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir.
Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşdığını diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, 19 trilyon dollarlıq iqtisadi gücə malik olan bir ölkə ilə münasibətləri inkişaf etdirmək Azərbaycan üçün olduqca vacibdir:
"Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafına və Şərq-Qərb arasında nəqliyyat daşımasının vacib hissəsinə çevrilməsinə yönəlib. Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmiz tərəfdaşlarının lazımı etimadını qazanıb. Çinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşması, təşəbbüsü olduğu "Bir kəmər, bir yol” layihəsində ölkəmizin iştirakına önəm verməsi və digər məqamlar maraqlarımıza cavab verir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf etməsi təkcə Çin məhsullarının ölkəmizə idxalına deyil, həmçinin Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına mühüm şərait yaratmaqdadır".
Deputat həmçinin Azərbaycanda sabitliyin və sağlam iqtisadi mühitin mövcudluğunun investorlar üçün cəlbedici olduğunu qeyd edib:
"Azərbaycan iqtisadiyyatına getdikcə daha çox Çin investisiyalarının yatırıldığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda Azərbaycanda sabitliyin və sağlam iqtisadi mühitin mövcudluğu ölkəmizi investorlar üçün cəlbedici edir. Rusiya sərhədlərində və Qırmızı dənizdə hərbi gərginliyin artması da Şərq və Qərb arasındakı Orta Dəhlizə təlabatı artırır. 10-a yaxın ölkənin ərazisindən keçən və bütün iştirakçı ölkələri bir-biri ilə əməkdaşlığa sövq edən, onları İqtisadi tərəfdaş halına gətirən bu layihə həm maraqlı bir əməkdaşlıq platformasıdır. Orta dəhlizin açar ölkəsi, heç şübhəsiz ki, Azərbaycandır. Ölkə Prezidenti cənab İlham Əliyevin Çinin "Sinxua” agentliyinə verdiyi müsahibədə göstərdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Azərbaycanın öz infrastrukturunu sürətlə inkişaf etdirməsi nəticəsində son 1 ildə bu dəhlizdən daşınan yüklərin həcmi xeyli artmışdır. Orta Dəhliz həm də mühüm bir beynəlxalq layihədir. Çin və Avropa Birliyi arasında ticarət həcmi 800 mlrd dollara yaxınlaşmaqdadır.
Dünyanın gələcək İqtisadi inkişafı ölkələr arasında ticarətin həcmini artmasından asılıdır. Nəqliyyat imkanları olmadan ticarət həcminin artmasından danışmaq mümkün deyil. Bu mənada Azərbaycan-Çin münasibətlərinin inkişafı həm də qlobal iqtisadiyyata mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır”.
Tahir Mirkişili Çinlə Azərbaycan arasındakı əlaqələrin müasir dövrün tələblərinə uyğun olduğunu bildirib:
"Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilir. 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilir. Ən əsası əlaqələrin inkişafı üçün hər iki dövlət başçısının siyasi iradəsi mövcuddur.
Xatırladım ki, 2019-cu ildə Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan iştirak edən yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan "Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi həm də dövlətimizin başçısına olan yüksək etimaddan xəbər verir.Ölkələrimiz arasında coğrafi məsafə uzun olsa da, sıx əlaqələrimizin və güclü əməkdaşlığımızın mövcudluğu bizi bir-birimizə edir.
Düşünürəm ki, dünyanın ən güclü iqtisadi imkanlarına malik ölkələrdən biri olan Çinlə əlaqələri gücləndirmək Azərbaycan dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiq edir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da mövzu ilə bağlı AZXEBER.COM-a danışıb.
Deputat iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib:
"Azərbaycan ilə Çin arasında strateji və iqtisadi əməkdaşlığının daha da güclənməsi müşahidə olunur. Bir tərəfdən Azərbaycan prezidentinin Çinə səfəri bir təblikdə görüşlər dostluq şəraitində keçirildi və Çin Xalq Respublikasının sədrini Azərbaycan prezidentinin özünün və Çin xalqının böyük dostu adlandırması da həm cənab prezidentin nüfuzuna və yeni zamanda ölkəmizə verilən xüsusi qiymətdir. Və təbii ki, iki ölkə arasında münasibətlərə strateji əhəmiyyət daşıyır".
Millət vəkili həmçinin Çinin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu bildirib:
"Azərbaycan və Çin arasında strateji əməkdaşlıqla bağlı da anlaşma var. Bu da təbii həm ticarət dövriyyəsində, həm də iqtisadi ələqələrdə özünü göstərir. Və praktik olaraq biz son illər iki ölkə arasında ticərat dövrəsinin artmasını müşahidə edirik. 2024-cü ildə ölkələr arasında ticərat dövrəsi 21%-ə yaxın artaraq 3 milyard 744 milyon dollar olub.
Çin Azərbaycanın ən böyük ticərat tərəfdaşlarından biri olmaqla yanaşı, idxalda ən böyük paya sahib olan ölkədir. O baxımdan təbii ki, ölkələr arasında biz həm ticərat, həm iqtisadi ələqələrin ciddi şəkildə dərinləşməsini müşahid edirik.
Eyni zamanda Çin və Azərbaycan fərqli plarformalarda əməkdaşlıq edir. Və bu əməkdaşlıq həm də regional sülhə bir dəstəkdir. Eləcə də Asiyada etimadın qurulmasına praktik olaraq Azərbaycan həmin təşkilatlar çərçivəsində öz tövhəsini vermiş olur".
"Azərbaycan ilə Çin arasında Orta Dəlizin çərçivəsində əməkdaşlığın güclənməsi, dərinləşməsi müşahidə olunmaqdadır" deyən Vüqar Bayramov iki ölkə arasında logistika və nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirib:
"Təbii ki, vacib istiqamətlərdən biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Və ölkələr arasında bu sahədə ciddi əməkdaşlıq müşahidə olunur. Azərbaycan ilə Çin arasında Orta Dəlizin çərçivəsində əməkdaşlığın güclənməsi, dərinləşməsi müşahidə olunmaqdadır. Çin və Azərbaycan arasında yükləşmaların ötən il 80%-dən çox artması da ondan xəbər verir ki, məhz ölkələr arasında Orta Dəliz, eləcə də Şərq-Qərb nəqliyyət dəhlizi vasitəsilə ciddi bir əməkdaşlıq qurulub. Azərbaycanın özünün də nəqliyyət və logistik infrastrukturunun inkişafı elektron xidmətlərdən istifadə etməsi də bütövlükdə bu nəqliyyət dəlizinin region üzərindən uğurla reallaşması anlamına gəlir. Və təbii ki, Azərbaycanın regional, layihələr, o cümlədən Orta Dəliz nəqliyyət dəlizinin reallaşmasında xüsusi rolu var. Çünki orta dəlizin region üzərindən reallaşan hissəsinin infrastrukturu inkişaf etirməsi bu isqamətdə təbii ki, yeni imkanlar deməkdir. Eyni zamanda biz həm Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasını müşahidə edirik, həm təbii ki, Azərbaycan iş adamları da Çin bazarına daha çox məhsul göndərməkdə maraqlıdır. O haqqından Cələf Prezidentin səhvəri iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanmasına imkan yaradacaq".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi " mövzusunda dərc edilib.