"Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə 30 illik ekoloji terrora son qoyulub”.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb:
"Tərtər çayı bol sulu axır. Ermənistan tərəfindən suyun axını bilərəkdən həmişə dayandırılıb. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekoloji tarazlıq təmin ediləcək”.