Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir

Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
SİYASƏT
13:54 13.03.2026
276
Azərbaycan coğrafi mövqeyinə görə Şimal və Cənub, Şərq və Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda Orta Dəhlizlə bağlı keçirilən panel müzakirədə bildirib.

O qeyd edib ki, Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır: "Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkəmiz regional dəhlizləri inkişaf etdirir. Dəhlizlər təkcə yük daşımalar deyil, həm də enerji və rəqəmsal əlaqələr baxımından mühümdür”.

Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TAP və TANAP-la 16 ölkəyə təbii qaz ixrac edir.

Prezidentin köməkçisi Azərbaycanın həyata keçirdiyi digər əməkdaşlıq layihələri barəsində danışıb və Bakının Orta Dəhlizin şaxələndirilməsinə verdiyi töhfəyə diqqət çəkib.
 
apa
OXŞAR XƏBƏRLƏR