Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan arasında görüşlər görüş naminə olmamalıdır"

Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan arasında görüşlər görüş naminə olmamalıdır"
SİYASƏT
16:37 12.03.2022
420
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi”.

Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır: "Amma bu görüşlər görüş naminə olmamalıdır, hədəflərə doğru olmalıdır”.
 
///Apa
OXŞAR XƏBƏRLƏR