Əli Həsənov deport olunanlardan danışdı: "Onlara lazım olan şərait yaradılacaq və dəstək veriləcək"

Əli Həsənov deport olunanlardan danışdı: "Onlara lazım olan şərait yaradılacaq və dəstək veriləcək"
SİYASƏT
14:52 21.11.2019
10089
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Almaniyadan azərbaycanlı mühacirlərin deportasiya olunması məsələsinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Ə.Həsənov jurnalistlərə açıqlamasında ayrı-ayrı səbəblərdən ölkəni tərk edib xaricə gedənlərin yerləşdirilməsi zamanı formalaşan biabırçılığı pisləyib:

"Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan etmişik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini və qaçqın kamplarında yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik.

Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar layiqli cəzasını alacaq. Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikanın sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər". 

Prezidentin köməkçisi həmçinin onların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

O qeyd edib ki, deyilənlərin heç bir əsası yoxdur:

"Onların hər birinin fəaliyyəti, kim hansı yolla ölkəni tərk edib, kimin xarici ölkələrə hansı adla getmələri Azərbaycanda araşdırılır. Biz Azərbaycan vətəndaşlarının hər biri, yaxşısı, pisi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan, vətəndaş amili və onların maraqları dayanır. Ona görə də Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün ölkədə lazım olan şərait yaradılacaq və dəstək veriləcək.

Cinayət törətmiş insanlara gəldikdə isə cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim hüquq-mühafizə orqanları, o cümlədən, Almaniyanın, Fransanın hüquq-mühafizə orqanları da araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar layiqli cəzalarını alacaq".
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib