Prezidentin köməkçisi: "Ermənistan qoşunlarını ərazilərimizdən çıxardıqdan sonra sülhdən danışa bilərik"

Prezidentin köməkçisi: "Ermənistan qoşunlarını ərazilərimizdən çıxardıqdan sonra sülhdən danışa bilərik"
SİYASƏT
17:14 01.10.2020
994

"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquqa riayət etməklə vətəndaşlarımızın təhlükəsizliyini təmin edir və ölkəmizin ərazilərinin Ermənistan işğalından azad edilməsi məqsədilə özünün suveren ərazisində fəaliyyət göstərir".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni hərbi təcüvüzü ilə bağlı "Al Arabiya” kanalına müsahibəsində bildirib.

Prezidentin köməkçisi hərbi qarşıdurmanın davam etdiyini və sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı atəş açdığını və Azərbaycan Ordusunun öz mülki əhalisinin təhlükəsizliyini qorumaq və Ermənistanı sülhə vadar etmək üçün əks-hücum tədbirləri həyata keçirdiyini bildirib: "Otuz ildən çoxdur ki, biz danışıqlar prosesi aparırıq, lakin Ermənistan status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Onlar, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri, İslam mədəni irsini dağıdırlar. Dünyanın heç bir ölkəsində məscidlərin dağıdılması və məscidlərdə donuzların saxlanılması kimi hallar baş verməyib. Mülki azərbaycanlıları öldürən və işğal edilmiş ərazilərdə məscidləri və İslam mədəni irsini dağıdan Ermənistan İslam dünyasına və ərəb xalqına özünü necə dost kimi göstərə bilər? Onlar bu gün də Azərbaycan mülki əhalisini öldürməyə davam edirlər. Güclü artilleriya hücumları nəticəsində mülki vətəndaşlarımız həlak olub və ağır yaralanıb. Beynəlxalq ictimaiyyət bu vəhşiliyi, Ermənistanın əsl üzünü görməlidir. Biz İslam ümmətinə, xüsusilə Türkiyəyə, Səudiyyə Ərəbistanına və Pakistana minnətdarıq. Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkələrin Ermənistan ilə diplomatik əlaqələri yoxdur. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) minnətdarıq. İƏT Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyən qətnamələr qəbul edib".

H.Hacıyev vurğulayıb ki, yalnız Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra sülhdən danışmaq olar: "Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibələr konsepsiyasını elan edib. Ermənistan nə zaman təxribatları son qoyacaq? Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa son qoymalıdır".

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
15:33 12.10.2026
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
15:31 12.10.2026
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
15:30 12.10.2026
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
15:27 12.10.2026
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
15:13 12.10.2026
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
15:07 12.10.2026
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
15:06 12.10.2026
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
14:53 12.10.2026
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə