Prezidentin köməkçisi: “Məqsədimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir”

Prezidentin köməkçisi: “Məqsədimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir”
SİYASƏT
18:19 30.09.2020
942

"Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatının əsas məqsədləri qoşunların təmas xəttində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmaqdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24NEWS” telekanalına müsahibəsində deyib.

Aparıcının sualını cavablandıran H.Hacıyev Türkiyənin üçüncü tərəf kimi münaqişəyə cəlb olunmadığını bildirib: "Münaqişəyə heç bir üçüncü tərəf qatılmayıb. Bu cür məlumatlar sadəcə erməni tərəfinin təbliğatının nəticəsidir. Artıq Ermənistan HHQ-yə məxsus "Su-25”in guya "F-16” qırıcısı tərəfindən vurulmasına dair növbəti erməni dezinformasiyasının şahidi olduq. Biz bütün radar sistemlərimizi yoxladıq, Ermənistan ərazisindən "Su-25”in bircə dəfə də olsun, havayı qalxması qeydə alınmayıb. Bəs ölən pilot hanı? Bu, sadəcə Ermənistanın rəsmi şəxsləri tərəfindən başladılan gülünc dezinformasiya kampaniyasıdır. Onlar vəziyyəti şişirtmək üçün belə şeylərdən istifadə edirlər. Müharibə iki tərəf – Ermənistan və Azərbaycan arasında gedir. Ermənistanı işğalçı qüvvədir, Azərbaycan isə özünümüdafiə hüququndan istifadə edir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində döyüşür. Türkiyə ilə Azərbaycan arasında yaxşı strateji əlaqələr və yaxın qardaşlıq əlaqələri var. Azərbaycan Türkiyə ilə həmçinin dərin hərbi-texniki əməkdaşlığa malikdir və qoşunlarımız mütəmadi olaraq ortaq təlimlər keçirir”.

O həmçinin vurğulayıb ki, Ermənistan bu cür dezinformasiyalar yaymaq əvəzinə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın.

Prezidentin köməkçisi Bakı ilə Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlıq amilini də şərh edib: "Azərbaycanın İsrail ilə dərin hərbi-texniki əməkdaşlığı var. Azərbaycan-İsrail əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail ilə hərbi-texniki əməkdaşlığımız silahlarımızın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Çünki biz işğaldan əziyyət çəkən ölkəyik. Buna görə də yaxşı olardı ki Ermənistan torpaqlarımızın işğalına son qoysun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb