Prezidentin köməkçisi: ‘Onlar Qarabağ münaqişəsinə ‘xristian qardaşlığı’ kontekstində yanaşırlar’

Prezidentin köməkçisi: ‘Onlar Qarabağ münaqişəsinə ‘xristian qardaşlığı’ kontekstində yanaşırlar’
SİYASƏT
14:04 27.04.2016
1191

“Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük”

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda bölmə iclası keçirilib.
APA-nın məlumatına görə, iclasın moderatoru, Media və Öyrənmə Assosiasiyasının baş icraçı direktoru Sally Reynolds təhlükəsizlik sahəsinə yönəldilən vəsaitlərin təhsil sahəsinə yönəldilməsinin daha effektiv nəticə verəcəyinə inandığını bildirib.
UNESCO-nun proqram mütəxəssisi Alton Grizzle deyib ki, KİV tənqidi məlumatları təhlil edərək cəmiyyətə çatdırmalı, sosial təbliğatla məşğul olmalıdır. Rod Adaları (Rhode Island) Universitetinin professoru Rene Hobbs təbliğatın mənfi və müsbət istiqamətdə aparıla biləcəyini söyləyib: “Əsas odur ki, uşaqlar bu təbliğatın müsbət, yaxud mənfi xarakterli olduğunu qiymətləndirə bilsinlər”.
Tennesse Universitetinin professoru Sanjay Asthana media sahəsində müstəqil tədqiqatçılara ehtiyac olduğunu qeyd edib: “Avropaya miqrasiyaya gələn insanlar arasında təlim aparılmalıdır”.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük və ekstremizmin sürətlə yayılmaqda olduğunu vurğulayıb: “Bugünkü sessiyada zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış ölkələrdə media yanlış istiqamətdə yönəldilir. Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkdən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliğ edilməsində media ən effektiv vasitədir. Bəzi hallarda dünyanın aparıcı media vasitələri də münaqişələri işıqlandırarkən düşmən imicinin yaradılması trendinin təsirinə məruz qalır. Bu, ötən 20 il ərzində keçmiş sovet ölkələrində baş verən müxtəlif münaqişələrə media vasitələrinin fərqli yanaşması ilə bir daha özünü büruzə verir. Əgər başqa münaqişələr itirilmiş ərazilərin azad edilməsi, milli suverenliyin bərpa edilməsi kontekstində təqdim olunursa, bəzi media vasitələri Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və ya “xristian qardaşlığı“ kontekstində yanaşır. Biz burada işğalçıya bəraət qazandırma cəhdlərini görürük. Münaqişənin təşəbbüskarı “qurban”, lakin münaqişənin qurbanı olmuş tərəf təcavüzkar kimi təqdim edilir”.
Ə. Həsənov bildirib ki, Ermənistan mediası nifrət ritorikasından istifadə etməklə islamofobiya və türkofobiya təbliğatı aparır: “Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğatla məşğuldur. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tribunalarda bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir”.
O bildirib ki, bu gün müstəqil jurnalistikadan danışılsa da, transmilli və digər media orqanları sahibkarlıq, sosial, milli maraqların daşıyıcısıdır: "Postsovet məkanındakı münaqişələrdə bu, özünü göstərir ”.
Ə. Həsənov deyib ki, vahid jurnalistika kodeksi qəbul edilməlidir: "Nə qədər ki, beynəlxalq səviyyədə belə bir sənəd qəbul edilməyib, vəziyyət belə də qalacaq. Məsələn, Azərbaycan tolerant cəmiyyətdir və bunu təbliğ edir. Ermənistan mediasında isə Bakı Bəyannaməsininin qəbul edilməməsinə dair çağırışlar yer aldı. Ona görə də elə etmək lazımdır ki, BBC, CNN, digər transmilli media orqanları və Azərbaycan mediasında çalışan jurnalistlər məsələlərə vahid prinsipdən, vahid kodeksdən yanaşsınlar. Düşünürəm ki, Azərbaycan jurnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”