Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı "Sky News Arabia” telekanalına müsahibə verib.
H.Hacıyev müsahibəsində sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlar, Azərbaycanın əks-hücum qərarından danışıb.
Ermənistan tərəfinin cəbhədəki təxribatlardan fikir yayındırmaq, münaqişəyə yeni tərəfləri cəlb etmək üçün ortaya atdığı yeni iddialara cavab verilib, Qarabağa muzdluların göndərilməsi kimi ittihamlar cavablandırılıb.