Xəbər verdiyimiz kimi, Bakıda "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa" keçirilib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan dövlətinin sosial şəbəkələrə münasibəti haqda fikir bildirib.
O qeyd edib ki, Azərbaycan dövləti 3 milyona yaxın auditoriyası olan virtual platformadan kənar dayana bilməz:
"Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli "Azərbaycan layihəsi"ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Seçkilərin vaxtının dəyişdirilməsi bəzi xarici dairələrin məkrli siyasətini ifşa etdi, onların planları baş tutmadı. Məhz bu səbəbdən də başqa yollara əl atmağa çalışdı. Çox təəsüf ki, 5-6 soydaşımız da onların bu məkrli siyasətinə alət olub".
"Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda "Facebook", "Twitter", "Youtube", "Instaqram" və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Biz dövlət olaraq bundan kənarda dura bilmərik, 3 milyon əhalimizin toplaşdığı platformadan kənar ola bilmərik".
Əli Həsənov sosial şəbəkədə söyüş, təhqir yazan insanların ictimai müqavimətə rast gəldiklərini də deyib:
"Bu insanlar əvvəllər istədiklərini sosial şəbəkədə söyürdülər, təhqir edirdilər. Sanki meydanda özlərini tək hiss edirdilər. Nə vaxt ki, onlar qarşılarında ictimai müqavimət, Azərbaycan ziyalılarının, media, QHT nümayəndələrinin mövqeyini, intellektual şəxsləri gördülər, həmin an yenidən bacardıqları yola - söyüş, təhqir kampaniyasına geri döndülər".
Prezidentin köməkçisi Prezident seçkilərinin 11 aprel tarixinə təyin olunması ilə bəzi dairələrin planlarının puç olduğunu da dilə gətirib: