Prezidentin köməkçisi: “Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”

Prezidentin köməkçisi: “Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”
SİYASƏT
23:21 13.03.2021
1164
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Hikmət Hacıyev bu sözləri yazıb: "Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.
OXŞAR XƏBƏRLƏR