Prezidentin köməkçisindən erməni əsgərin Sərhəd Xidmətimizin geyimində yayılan fotosuna SƏRT REAKSİYA

Prezidentin köməkçisindən erməni əsgərin Sərhəd Xidmətimizin geyimində yayılan fotosuna SƏRT REAKSİYA
Siyasət
11:02 26.10.2020
2230

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni əsgərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimini geyinməsi ilə bağlı məsələyə münasibət bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılıb:

"Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib.

Həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb.

Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanıb və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilib. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər”.

"Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək, məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər.

Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nin dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.  

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”, - deyə H.Hacıyev əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub