Ermənistan prezidenti Serj Sarkisyan mətbuat katibini dəyişmək qərarına gəlib. S. Sarksiyan Armen Arzumanyanın vəzifəsindən uzaqlaşdırılması haqda fərman imzalayıb. Prezidentin mətbuat sözçüsü Arman Saqatelyan təyin olunub.Qeyd edək ki, Arman Saqatelyan 1975-ci ildə anadan olub. Siyasət üzrə elmlər namizədidir. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin "Zinuj" proqramının aparıcısı olub, eləcə də ümumerməni fondu "Ayastan"nın ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.Hazırda isə Erməni-Rus (Slvayan) universitetinin informasiya texnologiyaları kafedrası, eləcə də "ArmRadio FM 107"yə rəhbərlik edir.