Prezidentin mətbuat katibi Xədicə İsmayıldan danışdı - AÇIQLAMA

Prezidentin mətbuat katibi Xədicə İsmayıldan danışdı -  AÇIQLAMA
SİYASƏT
15:45 07.12.2014
1659

“İndiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb” 

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov APA-nın sualını cavablandırıb:

- ABŞ Dövlət Departamenti, Human Rights Watch, Amnesty International və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı bəyanatlarına  münasibətiniz necədir?

- Adlarını sadaladığınız bu qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri əvvəla heç bir reallığı əks etdirmir, ikincisi də hər hansı bir beynəlxalq qurum tərəfindən ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verilməyib. Onu da deyək ki, sadaladığınız qeyri-hökumət təşkilatların ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər. 

Qeyd etmək istərdim ki, ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir.    

Götürək elə təcavüzkar Ermənistanı. Bu ölkədə insan haqları və azadlıqlarının kobud şəkildə pozulması adi hala çevrilib. 2008-ci il prezident seçkiləri zamanı müxalifət nümayəndələri dinc etiraz nümayişinə çıxarkən polis tərəfindən 10 nəfər öldürülmüş, 200 nəfər insan isə müxtəlif dərəcəli xəsarət almışdı. Ermənistanda total şəkildə saxtalaşdırılan son seçkilər zamanı müxalifət namizədlərindən birinə qarşı terror aktı həyata keçirilmişdi. Bütün bunlara ABŞ Dövlət Departamenti tərəfindən demək olar ki, heç bir reaksiya verilməmişdi. Bu ikili standartın əyani göstəricisidir.

Azərbaycanla bağlı mütəmadi olaraq əsassız və qərəzli bəyanatlar verməkdənsə ABŞ Dövlət Departamenti yaxşı olardı ki, diqqətini öz ölkəsində irqi-ayrıseçkilik, dinc nümayişçilərə, hətta yeniyetmə və azyaşlı uşaqlara  qarşı polis zorakılığının törədilməsi, məhkəmə qərarları olmadan insanların həbs edilməsi və demək olar ki, hər gün baş verən bu kimi hadisələrə yönəltsin. Elə götürək, bütün dünya Ferqyuson hadisələri ilə bağlı ABŞ-ın müxtəlif ştatlarında dinc nümayişə çıxmış insanlara qarşı törədilən zorakılığa izlədiyi zaman, heç bir müqavimət göstərməyən insanın hamının gözü qarşısında polis tərəfindən boğulub öldürülməsi  ilə bağlı dəhşətli video faktı. 

Qeyd etdiyim kimi, ABŞ-da kütləvi informasiya vasitələrində söz və fikir azadlığı, jurnalistlərin fəaliyyəti ilə də bağlı da ciddi problemlər mövcuddur. Bir neçə fakt göstərmək istərdim. ABŞ hüquq-mühafizə orqanları tərəfindən informasiya mənbələrinin açıqlanması ilə bağlı sorğuların sayı durmadan artır. Hətta informasiya mənbəyini açıqlamayan jurnalistlər böyük məbləğdə cərimə olunur və yaxud da cinayət məsuliyyətinə cəlb edilirlər. Misal üçün, bloqqer Coş Volf San Fransiskodakı nümayişlərlə bağlı videomaterialları hüquq-mühafizə orqanlarına təqdim etmədiyinə görə, 2007-ci ildə 226 gün həbs cəzasına məhkum olunmuşdu. 2013-cü ildə “Associated Press” Agentliyinin minlərlə telefon danışıqlarının ABŞ Ədliyyə Departamenti tərəfindən  yazılması böyük qalmaqala səbəb olmuşdu. 2014-cü il sentyabr ayında Jurnalistlərin Müdafiə Komitəsi ABŞ prezidentinə məktub ünvanlayaraq bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən sərbəst informasiya yayımına göstərilən təzyiqlə bağlı dərin narahatlıq ifadə etmişdi.   Ferqyuson hadisələri zamanı 20-ə yaxın jurnalist polis zorakılığını qeydə aldıqlarına görə həbs olunmuşdu. ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən jurnalistlərin və kütləvi informasiya vasitələrinin elektron yazışmalarının total nəzarətdə saxlaması da jurnalistlərin fəaliyyətinə ciddi maneçilik törədir. Bu cür məqamları çox sadalamaq olar. 

Sonda bir daha bildirmək istərdim ki, indiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb. Azərbaycanda fundamental insan haqları və azadlıqları, eləcə də fikir və söz azadlığı sahəsində qısa bir zaman ərzində çox böyük uğurlara nail olunmuş və bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​