Müğənni-bəstəkar Emin sosial şəbəkədəki səhifəsində əkizləri Əli və Mikayılın rusiyalı ifaçı Sergey Lazarevlə birgə fotosunu paylaşıb.
AZXEBER.COM xəbər verir ki, o, oğullarının Lazarevin mahnılarını çox bəyəndiyini qeyd edib. “Lazarev övladlarımın sevimli müğənnisidir. Fanatı olduqları müğənni ilə görüşdülər və mənə sual verdilər. Ata, niyə sənin də Lazarev kimi qəşəng mahnıların yoxdur? Mən də cavab verdim ki, məndə hələ hər şey qarşıdadır",- deyə Emin fotonun altına şərh yazıb.

