Prezidentin səfəri Serbiya mətbuatının diqqət mərkəzində: “Bakı getdikcə əhəmiyyətli qlobal aktora çevrilir”

Prezidentin səfəri Serbiya mətbuatının diqqət mərkəzində: “Bakı getdikcə əhəmiyyətli qlobal aktora çevrilir”
SİYASƏT
17:17 10.12.2023
263
Serbiya mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Serbiyanın nüfuzlu "alo.rs” nəşrində dərc olunan məqalədə bildirilir ki, Niş-Sofiya qaz kəməri kimi tanınan əhəmiyyətli layihə Serbiya və Qərbi Balkanlar regionunda qaz təchizatı təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Azərbaycan isə bu layihənin icrasında çox mühüm rol oynayır.

Diqqətə çatdırılır ki, Azərbaycan 2026-cı ilə qədər Serbiyaya hər il 400 milyon kubmetr qaz tədarük edəcək, 2027-ci ildən isə bu həcm üç dəfə arta bilər.

"Serbiya-Bolqarıstan qaz kəməri layihəsi 24 milyon avrodan çox qiymətləndirilir və onun həyata keçirilməsi üçün 109 kilometr yeni boru kəməri çəkilib”, - deyə məqalədə vurğulanır.

Nəşrdə İlham Əliyev və Aleksandr Vuçiçin sonuncu dəfə ötən ilin noyabrında Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanarkən görüşdükləri də xatırladılır.
"Bu tərəfdaşlıq liderlərin həmin ilin dekabrında Bakıda keçirilən növbəti görüşündə bir daha təsdiqlənib. Prezidentlər arasında bugünkü görüş uğurlu əməkdaşlığın dərinləşdiyini sübut edir. Serbiya və Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi, indi isə enerji əməkdaşlığını əhatə edir. Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri 2013-cü ildə imzalanmış Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə Tərəfdaşlığa dair Birgə Fəaliyyət Planı ilə gücləndirilib. İki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan strateji tərəfdaşdır.

Azərbaycan getdikcə əhəmiyyətli qlobal oyunçuya çevrilir. Ölkə eyni zamanda bərpaolunan enerji sahəsində liderlik edir. Rəsmi Bakı Aİ, Gürcüstan, Macarıstan və Rumıniya ilə Yaşıl Enerji Dəhlizi haqqında saziş imzalayıb, Qara dənizin altından sualtı kabel vasitəsilə Avropanı Xəzər dənizindən bərpaolunan elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Xəzər dənizində və regionda ən böyük günəş enerjisi layihəsinə sadiqliyini, eləcə də Dünya Bankı tərəfindən təqribən 157 GVt qiymətləndirilən dəniz külək enerjisi üçün böyük potensialını vurğulayır.

Qarşıdakı dövrdə Azərbaycan COP29, iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılmasına yönəlmiş konfrans və BMT-nin yaşayış məntəqələri üzrə proqramının (Habitat) təşkilatçılığı ilə 2026-cı ildə Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası kimi mühüm qlobal tədbirlərə ev sahibliyi edəcək. Şübhəsiz ki, Azərbaycan böyük tədbirlərin təşkili təcrübəsi ilə Serbiyaya 2027-ci il Ümumdünya Sərgisinə hazırlaşmaqda böyük köməklik göstərəcək”, - deyə məqalədə qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı