“Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirildi

“Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirildi
SİYASƏT
13:59 24.09.2019
3255

Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzi (STM) "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə stm.az saytının təqdimatı da keçirilib.

Tədbiri açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Mərkəz haqqında məlumat verib. O bildirib ki, Sosial Araşdırmalar Mərkəzi 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsidir və ümummilli sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir. Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səslənməsi hadisəsidir.

İdarə Heyətinin sədri çıxışında Mərkəzin Nizamnaməsinin ehtiva etdiyi məsələlərə də toxunaraq deyib: "Cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; aparılan siyasətin səmərəliliyinin artırılması məqsədilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatların aparılması; dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının sistemli təhlili; ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və s.”.

Görülən işlər barədə danışan Z.Oruc qeyd edib ki, müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə və müvafiq dövlət orqanlarına təqdim olunub. Ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına başlanılıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqqında mötəbər sosial məlumat bazasının yaradılmasına başlanılıb. Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb. Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər; "Sosial Tədqiqatlar" və "Azərbaycan barometri" adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb.

STM rəhbəri əlavə ki, artıq mərkəz strukturlaşdırılıb, zəruri ilkin kadrların işə cəlbi - kollektivin formalaşması mümkün olub. Kadrları işə cəlb edərkən onları istedadı, bilik və bacarığı şəffaf əsaslarla müəyyən edilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, hazırda uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, ictimai münasibətlərin inkişaf tendensiyalarının, dəyişiklikləri doğuran amillərin müəyyən edilməsindən, optimal həll yollarının tapılmasından, dəyişikliklərə çevik reaksiya verilməsindən, düzgün proqnozlaşdırmadan, qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən edilməsindən asılıdır. Bu transformasiya dövlətlərin həyatında, davranışında, siyasətində özünü büruzə verir, zamanla ayaqlaşmanı, ən əsası isə bir sıra hallarda hətta bunu qabaqlamanı şərtləndirir. Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq.


Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bugünkü Azərbaycan həm də bir neçə gün əvvəl 25 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi”nin yaratdığı ölkədir. İmzalanma mərasimində Heydər Əliyev demişdi ki, "Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycanın xalqının inkişafı, onun firavan həyatı, Azərbaycan dövlətinin suverenliyinin qorunması üçün imkanlar yaradacaq. Onun arzuları bu gün həyata keçirilmiş gerçəklikdir.

Səadət Yusifova nəzərə çatdırıb ki, zaman yerində dayanmır, yeniliklər gətirir. Hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşayırıq. Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu, özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ifadə edir. Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalar, texnologiyalardır.

 

Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır