Prezidentin uçduğu təyyarə satılır - FOTO

DÜNYA
10:43 13.05.2013
1679
ABŞ 30 il ərzində prezidentlər və yüksəkrütbəli məmurların uçduğu təyyarəni satır.AZXEBER.COM-un məlumatına görə, təyyarəyə hərracda ilkin olaraq 50 min dollar qiymət qoyulub.Təyyarədə ABŞ prezidentləri Ford, Karter, Reyqan, Buş və Klinton, eləcə də birinci xanımlar, nazirlər, generallar, admirallar və başqa yüksəkrütbəli şəxslər uçub. İkimühərrikli N681AL nömrəli McDonnell Douglas DC-9 təyyarəsi 1975-2005-ci illər ərzində prezident aviaalayında olub.Təyyarənin sahibini tapacağı hərracın mayın 15-də keçiriləcəyi gözlənilir. Hərracda həmçinin ABŞ hökumətinə bir daha lazım olamayacaq kosmik gəmilər, elmi qurğular və avtomobillər də yer alacaq.

OXŞAR XƏBƏRLƏR