Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, 1975-ci il təvəllüdlü Ceyhun Məmmədov Xəzər Universitetində təhsil alıb. O, ilahiyyat üzrə fəlsəfə doktorudur.
14 kitabı çap olunan C. Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur.
Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu institutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.