Prezidentin xüsusi nümayəndəsindən ilk açıqlama: Naxçıvanda bütün qadağalar...- VİDEO

Prezidentin xüsusi nümayəndəsindən ilk açıqlama: Naxçıvanda bütün qadağalar...- VİDEO
SİYASƏT
11:39 27.12.2022
1118
Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

"Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: "Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.
 

OXŞAR XƏBƏRLƏR