"Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi"nə icraçı direktor təyin olunub.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Kiçik və Orta Sahibkarlığın İnkişafı" Agentliyinə icraçı direktor təyin olunub. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.
İcraçı direktor təyin olunan Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
2009-cu il Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr təhsili alıb. 2012-ci il Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.
Əmək fəaliyyətinə 2006-cı il Sənaye və Energetika Nazirliyində başlayıb. 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalıb. Məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlmişdir.
Evlidir, üç övladı var.