Prezidentin özəlləşməylə bağlı sərəncamının detalları - Kərəm Həsənovu nə gözləyir?

Prezidentin özəlləşməylə bağlı sərəncamının detalları -  Kərəm Həsənovu nə gözləyir?
SOSİAL
19:22 20.05.2016
2239
“Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanda əsas məqam ondan ibarətdir ki, hazırda özəlləşdirməyə açılacaq dövlət müəssisələrinin müraciətlərinin qəbul olunması və özəlləşdirmə proramlarının ilkin mərhələdə hazırlanması Əmlak Məsələləri Dövlət Komitəsindən alınıb bir başa prezidentin nəzarətinə keçir”.
Bunu açıqlamasında əmlak üzrə ekspert Ramin Osmanlı prezidentin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı verdiyi yeni fərmanı şərh edərkən deyib. Qeyd edib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi aprel ayında siyahını hazırlayıb prezidentdə təqdim edib: “Yaxın zamanlarda özəlləşdirmə ilə bağlı yeni qərarın qəbul olunacağı gözlənilirdi. Hətta o sənədin hazırlanmasıda böyük ölkələrdən cəlb olunmuş tanınmış ayrı-ayrı təşkilatlar da iştirak edib”.
R.Osmanlı vurğulayıb ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin gələcək taleyi Nazirlər Kabinetinin təqdim edəcəyi qanun layihəsindən asılı olacaq: “Bu qanun layihəsinin hazırlanması bütövlükdə məsələlərə tam aydınlıq gətirəcək. Qanun layihəsinin hazırlanması zamanı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu prosesə cəlb olunacaqsa, o zaman yəqin ki, icra mexanizmi komitədə olacaq. Yox, əgər cəlb olunmayacaqsa, digər təşkilatlar, dövlət qurumları prosesə cəlb olunacaq. Ehtimal olaraq deyim ki, əgər yeni agentlik yaranacaqsa, yeni struktur formalaşacaqsa, bu halda artıq qanunvericilik aktının qəbul olunmasından sonra məsələni tam olaraq, şərh etmək olar”.
Qeyd edək ki, prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman verib. Fərmanda göstərilir ki, Nazirlər Kabineti (NK) "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Məsələnin müzakirə predimetlərindən biri və bəlkə də əsası ondan ibarətdir ki, bu sərəncam Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətlərinin azaldılması kimi təqdim edilir. Lakin R. Osmanlının qeyd etdiyi kimi, komitə sədrinin səlahiyyətinin azaldılıb-azaldılmaması qəbul ediləcək qanun layihəsindən sonra bəlli olacaq.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı