Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi: “Bizə qonaq gələcəklərini bilmirdik”

SOSİAL
21:52 09.10.2019
5944
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Açılışdan sonra ölkə başçısı xanımı ilə birlikdə Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın evində qonaq olub.

Səmimi söhbət zamanı şəhid ailəsi Prezident və Birinci xanımı oğlunun toy məclisinə dəvət edib. Ölkə başçısı məmnuniyyətlə toyda iştirak edəcəklərini bildirib.

Şəhid xanımı Fəridə Cabbarova Azvision.az -a açıqlamasında bildirib ki, Prezidentin onun evinə gələcəyindən xəbərsiz olub və son anda məlumat alıb.

İki oğul anası olan F.Cabbarova bundan əvvəl Lökbatan qəsəbəsində yerləşən qəzalı binada yaşayıb: "Bilirdim ki, mənə şəhid ailəsi, eləcə də məcburi köçkün ailəsi kimi ev verəcəklər. Ancaq dünən "Qobu Park-2” yaşayış kompleksinin ilk sakini olacağımı, Prezident və xanımının bizə qonaq gələcəyini bilmirdim. Bizim üçün sürpriz oldu”.

F. Cabbarova, həmçinin ölkə başçısını və xanımını oğlunun toyuna dəvət etməsindən danışıb. O, hələ toyun vaxtının bəlli olmadığını deyib.

"Cənab prezident söhbət zamanı məcburi köçkünlərin "çörək pulu" xərclərinin 50 faiz artırılmasından danışdı. Bundan əlavə, şəhid, məcburi köçkün ailələrinə dövlətin qayğısından söz açdı. Bizim ailənin çətinlikləri ilə maraqlandı. Bir süfrə arxasında çay içdik. Kədərli çıxışım onları da kövrəltdi. Böyük bir mükafatın, səmimiyyətin qarşısında başqa bir istəyim yox idi. Ani olaraq ağlıma gəldi ki, Prezidentimizi və Mehriban xanımı kiçik oğlum Nicatın toyuna dəvət edim. Oğlumun 29 yaşı var, mənzil probleminə görə onu evləndirə bilmirdim. Dedim ki, ev məsələmiz də düzəldi, bu yaxınlarda kiçik oğlum Nicata toy edəcəyik. Arzu edərdim ki, xeyir-duasını dövlət başçısı versin, çünki oğlumun atası yoxdur. Toyun vaxtı bəlli deyil. Toyumuz nə vaxt olacaqsa, iştirak edəcəklər. Mütləq onları dəvət edəcəyəm”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:44 25.05.2020

Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxdu

15:31 25.05.2020

Şamaxıda işçilər hündürlükdən yıxıldı - 1-i öldü

15:13 25.05.2020

5 iyun saat 23:26-da bu hadisə baş verəcək

15:08 25.05.2020

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

14:48 25.05.2020

İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

14:43 25.05.2020

Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”

14:22 25.05.2020

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

13:58 25.05.2020

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı

13:43 25.05.2020

Sabah Azərbaycanda hərarət 31 dərəcəyə yüksələcək

13:34 25.05.2020

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

12:57 25.05.2020

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

12:44 25.05.2020

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı

12:28 25.05.2020

Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub, 6 nəfər ölüb

12:26 25.05.2020

Dövlət vətəndaş həmrəyliyinə töhfə: kölgədən işiğa doğru

12:14 25.05.2020

Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib - FOTO

11:54 25.05.2020

Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - Nazirlik açıqlama yaydı