Prezidentlər Parisdə görüşür

SİYASƏT
11:01 27.10.2014
1116
Azərbaycan və Ermənistan prezidentləri bu gün Parisdə görüşəcəklər. Baş tutacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq. Danışıqlar Fransa prezidenti Fransua Ollandanın təşəbbüsü ilə baş tutacaq.AZXEBER,COM-un məlumatına görə, dövlət başçıları Parisdə görüşməyə bu ilin may ayında razılıq veriblər. Fransua Olland bu gün əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrı-ayrı görüşəcək. Sonra görüşlər üçtərəfli formatda davam etdiriləcək. Üçtərəfli görüş Yelisey sarayında keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir.Erməni mətbuatınbaın yazdığına görə, görüşün yekununa dair birgə bəyanatın imzalanması gözlənilir. Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd göstərir.
OXŞAR XƏBƏRLƏR