Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək IV sammitinin tarixi açıqlanıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Görüş 29 sentyabr tarixində keçiriləcək. Sammitdə Xəzəryanı ölkələrin qarşılıqlı əlaqələri müzakirə ediləcək.Eyni zamanda 2010-cu ildə Bakıdakı sammitdə qəbul edilmiş qərarların reallaşdırmasının gedişatı, həmçinin əməkdaşlığın prioritetli istiqamətlərinin müzakirəsi nəzərdə tutulub.Rusiya Federasiyası prezidenti Vladimir Putin IV Xəzər sammiti çərçivəsində Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə görüşəcək.