‘Prezidentliyə namizədimiz Rəcəb Tayyib Ərdoğan olacaq’

DÜNYA
10:00 05.05.2014
1087
"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyib Ərdoğan olduğunu bilir və buna inanırıq. Bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük uğurların sahibi olan bir insanın artıq Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən Prezident olmasını hamımız arzu edirik”. Bunu bu gün Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən deyib. Arınc bildirib ki, “media da, xalq da bilir ki, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək”: “Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur”.
OXŞAR XƏBƏRLƏR