'Prezidentliyə namizədlərin qeydiyyatı proseduru hələ başlamayıb və buna görə də İlqar Məmmədovun prezidentliyə namizəd kimi statusu yoxdur'

Siyasət
12:00 15.06.2013
2098
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi:
- Fuad müəllim, Avropa Parlamenti İlqar Məmmədovun işi üzrə qətnamə qəbul edib. Siz bu sənədə nə şərh verərdiniz?
- Avroparlament növbəti dəfə qeyri-ciddi, əsassız sənəd qəbul edib. Bu sənəd yenidən onun reputasiyasını şübhə altına almağa əsas verir.
Hesab edirəm ki, biz bu təşkilatda bəzi qruplarda olan aznto-azərbaycan əhval-ruhiyyənin “yaz-yay kəskinləşməsini” görürük.
Bizim ölkəyə qarşı bundan əvvəlki böhtan dolu qətnamə ötən il Bakıda “Eurovision-2012” müsabiqəsi keçirilərkən, may ayının sonunda qəbul edilmişdi.
Bu qətnamənin də Avropa Parlamentində ayrı-ayrı maraqlı qrupların işinin nəticəsi olduğuna heç bir şübhə yoxdur.
Müzakirələrdə iştirak edən və çıxış edən deputatların siyahısına baxmaq kifayətdir.
Bu Azərbaycana qarşı elə əvvəlki qətnamələrin hazırlanması və qəbulunda ən fəal olan deputatlardırlar.
- Qətnamə “təcili depatlar” çərçivəsində qəbul edilib. Sizin fikrinizcə, belə təcili debatlar nə üçün lazım idi?
- Müdafiəsini etdikləri İlqar Məmmədov fevral ayının əvvəlində həbs edilib. Nəzərə almaq lazımdır ki, bu təşkilatın sessiyaları hər ay keçirilir. Belə çıxır ki, onlara 4 ay lazım oldu ki, bu məsələnin “təcili” olduğunu anlasınlar. Bununla yanaşı bu məsələni təcili və təxirəsalınmaz kimi 32 deputat hesab edib və elə onlar da iclasda iştirak ediblər. Avroparlamentdə ümumilikdə 754 deputat var və bu müzakirələrdə iştirak edənlər onların 5%-dən də aşağı hissəsini təşkil edirlər. Müqayisə üçün deyim ki, digər məsələlərin müzakirələrində 600-ə yaxın deputat iştirak edir.
Avroparlamentdə “təcili məsələlər” adlanan insan hüquqlarına aid məsələlərin müzakirəsi prosesinin özü qəribə görünür. Qətnamənin müzakirəsi, daha doğrusu əvvəlcədən hazırlanan mətnlərin tez-tələsik oxunmasına yarım saat vaxt tələb olunub.
Xatırladım ki, söhbət “təxirəsalınmaz və vacib məsələdən” gedir. Bununla birgə barəsində qətnamə qəbul edilən ölkənin öz mövqeyini bildirməyə imkanı yoxdur.
Belə bir halda avropalı deputatların obyektiv və hərtərəfli yanaşmasından söhbət gedə bilməz.
Gur iş prosesinin belə bir imitasiyası ancaq belə bir sənədin qəbul edilməsi ilə nəticələnə bilərdi.
Heç bir şübhə yoxdur ki, deputatlar İlqar Məmmədovun şikayətinin İnsan Haqları üzrə Avropa Məhkəməsində baxılmasını bildiklərindən belə tələsirdilər.
Bu qətnamə Avropa Məhkəməsinə təzyiq göstərmə cəhdindən başqa bir şey deyil.
Bununla belə qətnamənin lehinə çıxış edən bir sıra deputatlar müzakirə olunan məsələ barəsində tam məlumatsız olduqlarını nümayiş etdiriblər.
Belə ki, deputatlardan biri deyib ki, İlqar Məmmədov “dinc aksiyada iştiraka görə tutulub, amma halbuki o özü bu aksiyada iştirak etməyib”.
Görünür ki, bu deputat dəstəklədiyi qətnamənin layihəsi ilə belə tanış olmayıb. Olsaydı görərdi ki, həmin sənəddə dinc aksiya barəsində danışılmır.
İlqar Məmmədov kütləvi iğtişaşların, hakimiyyət nümayəndələrinin sağlamlığına zərər vura biləcək hərəkətlərin təşkilində şübhəli bilinir.
Xatırlatmaq istərdim ki, 2013-cü ilin yanvarında İsmayıllı da “dinc aksiya” zamanı iştirakçılar bina və bir neçə avtomobil yandırıblar.
Amma qətnamənin təşəbbüskarları nəinki həmin hadisələr haqqında düzgün məlumatlı deyillər, onlar hətta bilərəkdən faktları təhrif ediblər.
Belə ki, sənəddə göstərilir ki, İlqar Məmmədov müxalif siyasi partiyanın rəhbəridir. Amma onun rəhbərlik etdiyi hərəkat, nəinki siyasi partiya deyil, o hətta Azərbaycanın siyasi məkanında hər-hansı bir ciddi çəkinin olmasına da iddia edə bilməz.
Daha sonra müəlliflər qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəddir. Bu aşkar yalandır. Prezidentliyə namizədlərin qeydiyyatı proseduru hələ başlamayıb və buna görə də İlqar Məmmədov prezidentliyə namizəd kimi statusu yoxdur. Onun seçkilərdə iştirak etmək barəsində niyyəti isə onu hüquqa zidd hərəkətlərin atılmasına görə məsuliyyətdən azad etmir.
- Qətnamədə deyilir ki, İlqar Məmmədov nəinki REAL hərəkatının lideridir, o həmçinin də Avropa Şurasında siyasi araşdırmalar məktəbinin direktorudur.
- Aydındır ki, bu təşkilatın adı qətnaməyə ciddi görkəm verilməsi üçün hallanır. Həmin adıçəkilən məktəbə də bir sıra ciddi suallar var. Onun statusu bəlli deyil. Avropa Şurası ilə Azərbaycan hökuməti arasında həmin məktəbin fəaliyyəti ilə bağlı heç bir müqavilə yoxdur. Bu təşkilat dövlət qeydiyyatını keçməyib. O heç bir hesabat, o cümlədən maliyyə hesabatı təqdim etmir. Onun maliyyə qaynaqları məlum deyil.
Ona görə bu məktəbin adının hallanması beynəlxalq təşkilatın adı altında qorunmaq deməkdir.
Bütünlükdə bu qəbul olunan sənədin sifariş xarakterli olduğuna əlavə bir sübutdur. Orada göstərilir ki, İlqar Məmmədov qeyri-qanuni olaraq həbsdə saxlanılır. Bu bəyanatı həmin məsələ üzrə minimum informasiyası olan deputatlar verir. Həmçinin nəzərə almaq lazımdır ki, bu birtərəfli və təhrif olunan informasiyadır.
Nə istintaq, nə də bu şikayətin Avropa Məhkəməsində baxılması bitməyib. Ona görə də sənədin müəlliflərinin nəticələri vaxtından əvvəl yürüdülən və əsassız mühakimələrdir.
Ümumilikdə sənədin adı “İlqar Məmmədova aid iş” olsa da mətnin böyük bir hissəsi bu işə aid deyil.
Sənədin qətnamə hissəsinin 17 maddəsindən İlqar Məmmədov haqqında yalnız bir maddədə danışılır. Qalan hissələri isə yəqin ki, sənədin həcminin böyük olmasına görə əlavə olunub.
- Belə bir sənədin qəbul olunmasının nəticələri nə ola bilər?
- Hüquqi əsası olmayan, boş, və ən əsası Avropa İttifaqının üzvü olmayan bir ölkəyə qarşı qəbul olan sənədin nə nəticəsi ola bilər?
Bu, bir çox avropalı deputatların evlərinə gedəndən sonra demaqogiyalıq üzrə edilən növbəti bir məşqdir. Bu sənəd Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa möhkəmlənməsinə yardım etməyəcək. /// gun.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var