Amerikalı müsəlmanların və ərəblərin sıx yaşadığı Miçiqan ştatında Demokrat namizəd Harrisin çıxışı zamanı Fələstini dəstəkləyən qrupdan etiraz səsləri eşidilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, etirazlarla bağlı açıqlama verən Harris, "Hamımız bu müharibənin bir an əvvəl bitməsini və girovların azad edilməsini istəyirik və bunun üçün əlimdən gələni edəcəyəm" deyib.
Çıxış zamanı Fələstini dəstəlkəyən qrup "İsrail Fələstini bombalayır. Bu gün daha neçə uşağı öldürəcəksən?" şüarını səsləndirib.
Etirazçılar daha sonra tədbir keçirilən ərazidən uzaqlaşdırılıb.
Gülay