"Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojinin çevriliş cəhdi Rusiyada böyük çaxnaşma yaradıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması ilə bağlı iddialar səslənib.
Rusiyada Şoyqunun işdən çıxarılması haqda xəbərlər yayılır.
Britaniya mətbuatı yazıb ki, Şoyqunun işdən çıxarılması silahlı üsyan edən "Vaqner" lideri Priqojinin əsas tələbidir.
Rusiya-Ukrayna müharibəsi davam edərkən Şoyqu günlərlə mediaya açıqlama verməyib, Vaqnerin lideri isə Şoyqunun təhvil verilməsini istəyib.
Dünən axşam mövzu ilə bağlı açıqlama verən və müdafiə nazirliyində hər hansı bir işdən çıxarılma ilə bağlı sualları cavablandıran Kremlin sözçüsü Dmitri Peskov, "Bu məsələlər Putinin səlahiyyətindədir" şərhini verib.
Gülay