Kremlin sözçüsü Dmitriy Peskov "Vaqner"in qurucusu Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı heç bir qərar verilmədiyini bildirib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Peskov bildirib ki, belə qərarlar Priqojinin qohumları və yaxınlarının qərarı ilə verilir.
Peskov həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda görüşünə də reaksiya verərək bildirib:
"Vaxtı gələndə rəsmi açıqlama verəcəyik”.
Taxıl müqaviləsinin bərpası üçün Rusiya, Türkiyə və Qətərin də iştirak etdiyi formulun gündəmdə olduğunu bildirən Peskov "Qətərin də iştirakı ilə müxtəlif qarşılıqlı fəaliyyət variantları var, lakin hazırda bu mövzuda konkret razılaşmalar yoxdur", - söyləyib.
Xatırladaq ki, Yevgeni Priqojin Rusiyanın Tver şəhərində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Mikayıl