Priqojinin ölümü intiqamdır? - Putin “Xəyanəti heç vaxt bağışlamayacağam" deyirdi

Priqojinin ölümü intiqamdır? - Putin “Xəyanəti heç vaxt bağışlamayacağam" deyirdi
DÜNYA
13:57 24.08.2023
196
Rusiyanın muzdlu "Vaqner” qrupunun lideri Priqojinin və qrupun aparıcı simalarının təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olması xəbəri hər kəsin ağlına Putinin köhnə açıqlamalarını gətirib

AZXEBER.COM xəbər verir ki, Rusiya lideri çıxışlarının birində "Mən xəyanəti heç vaxt bağışlamayacağam”, - deyib. 

Cəmi 2 ay əvvəl baş verən qiyamla bağlı Putin açıqlamalarının birində "Cavabımız sərt olacaq. Biz satqınları cəzalandıracağıq”, - deyə o bildirmişdi.

Putinin əvvəllər qonaq olduğu televiziya proqramında "Xəyanəti heç vaxt bağışlamayacağam” deməsi də hər kəsin bu qəzanın qəsdən törədildiyinə dair şübhələri daha da artırır.

Qeyd edək ki, Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub və onun öldüyü təsdiqlənib.

Ayşən
OXŞAR XƏBƏRLƏR