“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü
SOSİAL
10:24 26.05.2023
145
Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi "Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR