“Problemi, xəstəliyi haqda heç kimə heç nə demirdi” - VİDEO

SOSİAL
13:26 16.01.2025
251
"Çimnazın ölüm xəbərini ortaq dostumuz mənə dedi".
  
Bu sözləri AZXEBER.COM-a açıqlamasında meyxanaçı Samirə deyib.

O bildirib ki, ölüm xəbərini alanda onun doğru olduğuna inanmayıb: 
  
"Dünən ortaq dostumuz mənə zəng edərək aktrisa Çimnazın vəfat etdiyini dedi. Bu xəbərin doğruluğuna inana bilmədim. Bildiyiniz kimi, dünən ad günü idi. Keçən il ad günündə bir yerdə olmuşduq. Daha sonra sosial şəbəkəyə girib yayılan xəbərlərin doğru olduğunu gördüm. 

O, Çimnazın xəstəliyi haqda məlumatsız olduğunu deyib: 

"Qəribədir ki, heç bir problemi haqda heç kimə heç nə demirdi. Həyatdolu, sağlam qadın idi. Ağlımıza gəlməyən başımıza gəldi. Hər zaman gülüb-danışırdı". 
  
Samirə mərhumla son dəfə 10 gün əvvəl danışdığını deyib: 

"10-12 gün əvvəl danışmışdıq. Görüşmək haqda soruşanda Çimnaz işlərinin çox olduğunu, uyğun zamanda görüşəcəyimizi demişdi. Köhnə yeni ildən sonra görüşməli idik".

Həmin videomüsahibəni təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR