"Keçmiş həyat yoldaşımın ayrılıq paylaşımını görəndən sonra əsla barışmayacağıma dair söz verdim. Çünki çox qırılmışdım".
Bu sözləri AZXEBER.COM-a müsahibəsində müğənni Leyla Rəhimova deyib.
O, həyat yoldaşı ilə ayrılmasının səbəblərindən danışıb:
"Məni tanıyan hər kəs bilir ki, hər zaman boşanmaqdan qorxmuşam. Ona görə də gec ailə qurmuşam. Çox istəyirdim ki, ailəm ömürlük olsun, üzərimdə "boşanmış qadın” adı olmasın. Çünki boşanmış qadın nə qədər də təmiz olsa, ona kənardan pis gözlə baxırlar. Mən hər şeyə dözməyə hazır idim. Ona görə hətta sənətimi belə atmışdım. Bu addımımı hər kəs birmənalı qarşılmayıb, məni qınayanlar da çox olub. Amma mənim nə yaşadığımı heç kim bilmir. Mən ona görə, ailəmə görə arzularımı heçə saymışdım. Bəzən düşünürəm ki, bəlkə də o insan mənim qismətim deyildi. Bəlkə də mən yalnış seçim eləmişəm. Yaşadıqlarımdan sonra qızlarımın ailə qurmasını istəmirəm.
O, ilk dəfə xəyanətlə bağlı suala cavab verib:
"Bilən bilir ki, bu ayrılıq paylaşımınnı qarşı tərəf edib, mən yox. Çünki problemlərimiz olsa da, hardasa düşünürdüm ki, bəlkə düzələcək... Xüsusilə qeyd etmək istəyirəm ki, heç nə birdən-birə olmur təbii ki. Aramızda problemlər bir il öncədən başlamışdı. Hisslərimə güvəndiyim üçün onu əbəs yerə qısqandığımı düşünmürəm. Bunun üçün əsaslı səbəblərim var idi. Bütün bunlara baxmayaraq anam hər zaman "Leyla, dünya dağaılsa da sən boşanmayacaqsan” deyirdi. Bakıya gəldik, münasibətlərimiz normallaşmağa doğru gedirdi. Hətta Azərbaycana qayıtmağı da düşünürdük, burada yaşayacaqdıq. Ancaq olmadı. Keçmiş həyat yoldaşımın paylaşımını görəndən sonra əsla barışmayacağıma dair söz verdim. Çünki çox qırılmışdım. Artıq heç nə əvvəlki kimi ola bilməzdi".
Aysel