Prodüser Tolik "Xəzər TV"də layihə rəhbəri oldu

Prodüser Tolik "Xəzər TV"də layihə rəhbəri oldu
MAQAZİN
15:26 17.01.2018
1677
Tanınmış prodüser Tarix Əliyevə (Tolik) "Xəzər” telekanalında vəzifə verilib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə PrimeTime.Az-a "Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov məlumat verib.
 
Belə ki, Tolik bundan sonra həftəiçi hər gün yayımlanan səhər proqramı "Hər şey daxil”in layihə rəhbəri və aparıcısı olacaq. Qərar bu gün kanal daxilində keçirilən iclasda qəbul edilib.
 
Qeyd edək ki, Sevil-Sevinc Səfərovalar da verilişdə aparıcılıq missiyasını davam etdirəcəklər. Məlumat üçün bildirək ki, Tolik "Lider” TV-i ilə yollarını yeni ayırıb.
OXŞAR XƏBƏRLƏR