Müğənni Nadir Qafarzadə bəzi prodüserləri onun ünvanına xoşagəlməz sözlər yazmaqda günahlandırıb. Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında bildirib.“Son vaxtlar bir hal aşkarlamışam, bəzi müğənnilərin prodüserləri sosial şəbəkələrdə ağızlarına gələn rəyləri, təhqirləri yazırlar. Bunun üstünü artıq açmışam. Mənim üçün belə rəylərin əhəmiyyəti yoxdur”.